Talış kəndinin 29 sakini işlə təmin edilib

Talış kəndinin 29 sakini işlə təmin edilib

Hazırda oxunan: Talış kəndinin 29 sakini işlə təmin edilib
131902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonu, Talış kəndinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə kəndə köçürülən 20 ailə ilə görüşlər keçirilib.

Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, bunun nəticəsi olaraq kəndin artıq 29 sakininin məşğulluğu təmin edilib. Onlar müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar. 

Agentlik tərəfindən kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Artıq 9 sakin özünüməşğulluq proqramına cəlb edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həmin şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə kiçik təsərrüfatlarını yaratmaları üçün avadanlıqlar veriləcək. 

Talış kəndində fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır. 
Proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO