Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Hazırda oxunan: Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
131387
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 8 nəfər - Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO - foto 1
Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO - foto 2
Papanin və Kubinkada xüsusi ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO - foto 3

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO