Bu rayonlara dolu düşüb - Faktiki HAVA

Bu rayonlara dolu düşüb - Faktiki HAVA

Hazırda oxunan: Bu rayonlara dolu düşüb - Faktiki HAVA
130702
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sel: Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan (Balakən), 14:30-da Talaçaydan (Zaqatala), saat 16:30-da Qabırrı çayından (Samux) sel keçib.

Yağan yağıntının miqdarı: Zaqatalada 29.0 mm, Balakəndə 22.0 mm, Qaxda 18.0 mm, Naftalanda 14.0 mm, Şəkidə 9.0 mm, Oğuzda 7.0 mm, Şahdağda 6.0 mm, Şahbuz, Ordubadda 4.0 mm, Şərurda 3.0 mm, Sədərəkdə 2.0 mm, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağdamda 28 m/s, Göyçay, Cocuqmərcanlıda 25 m/s, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, İsmayıllı, Şirvan, Bərdədə 22 m/s, Kəlvəz, Göygöldə 21 m/s, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20 m/s, Qobustanda 19 m/s, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18 m/s, Lerik, Ağsu, Sabirabadda 17 m/s, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

Dolu: Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalıqda dolu düşüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO