Azərbaycanlı həkim: “Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - FOTO-VİDEO

Azərbaycanlı həkim: “Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - FOTO-VİDEO

Hazırda oxunan: Azərbaycanlı həkim: “Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - FOTO-VİDEO
128988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”.

Bizim.Media xəbər verir ki, bunu Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:

“Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə yerləşən xəstəxanaya sağlam şəkildə çatdırdıq”.

Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, onları postda saxlayanda Azərbaycan dilində danışıblar:

“Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.

Azərbaycanlı həkim: “Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - FOTO-VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO