MTN-çilər qadına silah dayayıb, ərini şantaj ediblər...

MTN-çilər qadına silah dayayıb, ərini şantaj ediblər...

Hazırda oxunan: MTN-çilər qadına silah dayayıb, ərini şantaj ediblər...

127006
Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin vəzifə şəxlsərinin quldurluq əməlləri ilə bağlı yeni bir hal bəlli olub.

Vəkil Adəm Məmmədov bildirib ki, 2007-ci ildə MTN əməkdaşları tərəfindən daha bir iş adamının hədə qorxu yolu ilə əmlakı əlindən alınıb: “Seyhun Mustafayev adlı biznesmen 2007-ci ildə Rusiyadan Azərbaycana qayıdarkən MTN əməkdaşları tərəfindən hava limanında həbs edilib. Sonradan ona deyiblər ki, Fərhad Əliyevlə iş birliyin var. Seyhun Mustafayev Fərhad Əliyevi tanımadığını bildirib. Sonra onu həyat yoldaşı ilə birgə silahlı adamların müşayiəti altında notariusa aparıblar. Orada Seyhun Mustafayevin milyonlarla dollar dəyərində olan əmlakını ələ keçiriblər”x9d.

Vəkil qeyd edib ki, S.Mustayafevin əmlakını ələ keçirən şəxslər hazırda həbs olan MTN vəzifəliləri deyil: “Seyhun Mustafayev onu saxlayan MTN əməkdaşlarını üzdən tanıyır. Həmin adamlar hazırda həbsdə olan MTN yetkililəri sırasında deyil. Bunun əmlakını ələ keçirənlər nazirliyin başqa əməkdaşlarıdır. Seyhun Mustafayevin əmlakını ələ keçirəndən sonra onu sərbəst buraxıblar. Biz bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etmişik. Bizə artıq cavab verilib. Bildirilib ki, bu hal da hazırda istintaqı aparılan cinayət işlərinə əlavə olunaraq araşdırılacaq. Məsələ ilə bağlı Seyhun Mustafayevin ifadəsi alınacaq”x9d.(“Qafqazinfo”x9d)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO