
- A-
- A
- A+
Zaqatalada AĞIR QƏZA – Gənc qadın xəstəxanalıq oldu
Axşam saatlarında Zaqatala şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yuxarı Çardaqlar kənd sakini, 28 yaşlı Günay Əhmədovanı maşın vurub.
Qəzanı törədən isə rayon sakini Sadiq Zəngiyevdir. Belə ki, o, idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili ilə G.Əhmədovanı vurub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc qadın rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, G.Əhmədovanın üzərində cərrahiyyə əməliyyatı keçirilib və vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































