Vətəndaşlarımız

Vətəndaşlarımız "Ana harayı" abidəsini ziyarət edir - FOTO

Hazırda oxunan: Vətəndaşlarımız "Ana harayı" abidəsini ziyarət edir - FOTO
122647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı "Ana harayı" abidəsi ziyarət olunur.

Bizim.Media xəbər verir ki, budəfəki anım mərasimində fərqli hisslər yaşanır. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.

Anım mərasimlərinin iştirakçıları müsahibələrində bu dəhşətli cinayəti törədən erməni faşistlərinin, soyqırımının təşkilatçıları və icraçılarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına, öz cəzalarını alacaqlarına inandıqlarını bildirirlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib.

Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO