“İdman Azərbaycan”x9d kanalında yayımlanan “Qalatasaray”x9d ”“ “Latsio”x9d oyununun şərh edən Ramiz Mirzəzadə və Tural Məmmədli Türkiyə mediasının gündəminə gəlib.
Moderator.az xəbər verir ki, “Hürriyyet”x9d azərbaycanlı şərhçilərin sözlərinə xüsusi yer ayırıb.
Matç ərzində “Mustafa Dənizli nəyi gözləyir?”x9d, “Podolski neyləsin artıq?”x9d, “Ryan Donk yenə çıxmır”x9d kimi ifadələri qardaş ölkədən olan həmkarlarımızın diqqətini çəkib.
“Hüriyyət”x9din yazdığına görə , dünən “Tvitter”x9ddə də “Qalatasaray”x9d ”“ “Latsio”x9d matçı ilə bağlı ən çox müzakirə olunan da azərbaycanlı spikerlərin şərhləri olub.
Qeyd edək ki, sözügedən şərhçilər ölkəmizdə sosial şəbəkələrdə də müzakirə olunub. Türkiyədən fərqli olaraq yerli tamaşaçılar onları tənqid edib.



































































































