Cahit Bağcı şəhid Orxan Əsgərovun atası ilə GÖRÜŞDÜ - FOTO

Cahit Bağcı şəhid Orxan Əsgərovun atası ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Cahit Bağcı şəhid Orxan Əsgərovun atası ilə GÖRÜŞDÜ - FOTO

120525

İrandakı səfirliyimizə qarşı törədilən terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun atası Rizvan Əsgərovun Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşü olub. 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, R.Əsgərov Cahit Bağcıya zəlzələdə yaşanan itkilərlə bağlı başsağlığı verib. 

Acılarımız, dərdimiz və sevincimiz də birdir - söyləyən şəhidi atası Rizvan həkim Cahit Bağcıya və Gəncə konsulluğunun əməkdaşlarına ağır və faciəli günündə yanlarında olduğu üçün ailəsi və öz adından minnətdarlığını bildirib. 

Cahit Bağcı Azərbaycana, şəhidin atası Rizvan müəllimə, BƏS İB-nin sədri T.Xudiyevə və hər bir Azərbaycan vətəndaşına dövlətinin bu ağır və çətin sınaq günündə göstərdiyi mehribanlıq, maddi və mənəvi dəstəyə görə Türkiyə  Cümhuriyyəti və öz adından təşəkkür edib.

Qeyd edək ki, görüş “Beynəlxalq Əlillər Cəmiyyəti” (BƏC İB) və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-nin dəstəyi ilə baş tutub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO