Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirildi - FOTO 

Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirildi - FOTO 

Hazırda oxunan: Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirildi - FOTO 
119914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə Şəxsi Heyət Baş İdarəsində “Media savadlılığı” mövzusunda seminar keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyasının icrasına dair "İşçi qrup"unun üzvləri, eləcə də Azərbaycan Ordusunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərinin iştirak etdiyi tədbirdə MEDİA nümayəndələri tərəfindən brifinq təqdim olunub.

Kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyəti barədə müzakirələr edilib. 

Tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, informasiya və rəqəmsal media savadlılığının artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO