Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI

Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI

Hazırda oxunan: Azərbaycan yenə Türkiyə bayrağına sarıldı – Mağazalarda QITLIQ YARANDI
119876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda Türkiyə bayrağına tələbat artıb.

Qardaş ölkədə baş vermiş zəlzələdən sonra Bakının küçələrində, evlərin eyvanlarında və “BakuBus” avtobuslarında Türkiyə bayraqlarının dalğalanması diqqət çəkir.

Bizim.Media bununla bağlı bir meçə mağazada olub. Satıcıların bildirdiynə görə, zəlzələdən sonra qardaş ölkənin bayrağının satışı çoxalıb.

Buna səbəb isə insanlarımızın çətin günlərdə Türkiyənin yanında olduqlarını və dəstəklərini bu şəkildə ifadə etmələridir. İndi insanlarımızın əlini, evlərinin balkon və pəncərələrini yenidən Türkiyə bayrağı bəzəyir.

Mağaza sahibləri də söyləyir ki, çox insan alış-verişə gəldiyi zaman ilk soruşduqları Türkiyə bayrağı olur. Bu səbəbdən dükanlarda bayraqlar bir qədər tükənib.

Bayraqların qiymətlərinin bahalaşmasına gəlincə, qiymətlərdə heç bir  dəyişiklik olmadığı bildirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO