Şuşa ətrafında seysmik stansiya quraşdırılacaq

Şuşa ətrafında seysmik stansiya quraşdırılacaq

Hazırda oxunan: Şuşa ətrafında seysmik stansiya quraşdırılacaq
119450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq mərkəzində Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndələri ilə görüş keçirilib.

Mərkəzin İnformasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AFAD-ın nümayəndə heyətinin rəhbəri, professor Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, Derya Aksel, RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Görüşdə RSXM-lə AFAD-ın Zəlzələ Departamenti arasında ikitərəfli əməkdaşlıq məsələləri, birgə həyata keçiriləcək layihələr, Şuşada quraşdırılıcaq seysmik stansiya ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, fevralın 8-də Şuşada quraşdırılacaq seysmik stansiya ilə bağlı seçilmiş əraziyə baxış keçirilməsi məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və AFAD-ın Zəlzələ Departamentinin nümayəndəsi Vedat Özsaraç Şuşada səfərdə olublar.

Səfər zamanı türkiyəli mütəxəssis seysmik stansiya quraşdırılacaq ərazi ilə tanış olub.

Xatırladaq ki, Şuşa ətrafında seysmik stansiya quraşdırılması ilə bağlı işlərə artıq start verilib və həmin stansiyanın avadanlıqları qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO