Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı

Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı

Hazırda oxunan: Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı

119182
Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Ermənistanın paytaxtı İrəvanda brifinq zamanı bəyan edib.

“Azərbaycan və Türkiyə bizim strateji tərəfdaşlarımızdır. Türkiyə - NATO üzvü olan qonşu ölkədir, bu isə münasibətlərimizi daha da dərinləşdirir və möhkəmləndirir. Gürcüstan onu dətəkləyən, ona yardım edən hər kəsə minnətdardır”x9d, - Xidaşeli deyib, Moderator.az “Novosti Qruzii”x9dyə istinadən xəbər verir.

Yanvar ayının 31-də başlayan səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, öz həmkarı Seyran Ohanyan, XİN rəhbəri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO