Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO

Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO

Hazırda oxunan: Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO
118550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində, xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, keçirilən sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 5 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. 

Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.
Bundan başqa polis əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə də şəhər ərazisində reyd keçirib.

Keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. 

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.

Monitorinq zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub. Ümumilikdə keçirilən tədbirlər nəticəsində 40 nəfər barəsində inzibati tədbir görülüb.

Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 1
Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 2
Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 3
Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 4
Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 5
Polis Göygöldə reyd keçirdi - Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO - foto 6

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO