Xovlu tikmə sənətinin nadir ustasının sərgisi KEÇİRİLİR - FOTO

Xovlu tikmə sənətinin nadir ustasının sərgisi KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Xovlu tikmə sənətinin nadir ustasının sərgisi KEÇİRİLİR - FOTO

118195

Şəki Dövlət Rəsm Qalereyasında təkəlduz və xovlu-tikmə ustası Rəhman Kamiloğlunun ilk fərdi sərgisi açılıb. Mərasimdə Şəkinin tanınmış sənətkarları, sənətsevərlər, gənclər iştirak edib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, açılış mərasimində çıxış edənlər sənətkarın həyat və yaradıcılığından söz açıb, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıblar. 

Bildirilib ki, taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil Rəhman Kamiloğlu 20 ildən çoxdur ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur.

Bədii tikmə sənəti əsrlərboyu qadınların sevimli məşğuliyyət sahəsi olsa da, bu sənət xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlayıb.

Sərgidə iştirak edən sənət adamları onu da diqqətə çatdırıb ki, Rəhmanın uşaqlığı çox çətin və qayğılı keçib, erkən yaşlarında valideynlərini itirib. O, uşaqlıqdan dolanışığını təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyub. Şəkinin tanınmış sənətkarlarından rəssamlığın, bədii tikmə sənətinin sirlərini öyrənərək qısa müddətdə xovlu tikmənin mahir ustalarından biri kimi tanınıb.

O, anadangəlmə nitq problemli olsa da əl işlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu təşkil edir.
Hazırda Rəhman Kamiloğlu sevdiyi sənətdən bir an belə olsa ayrılmır, yaradıcılığını inkişaf etdirmək üçün daim çalışır, axtarır, yeniliklərə can atır.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO