İflas konsepsiyası və yaxud iflaslaşdırılma əməliyyatı...

İflas konsepsiyası və yaxud iflaslaşdırılma əməliyyatı...

Hazırda oxunan: İflas konsepsiyası və yaxud iflaslaşdırılma əməliyyatı...

117215
Son ayların olayları Azərbaycan vətəndaşı üçün ağır və məşəqqətli duruma keçməsi-bir çox insanları düşünməyə vadar etdi. Məhz nəyə görə, çoxşaxəli iqtisadiyyatı olan ,bir neçə iqlim şəraitinə, davamlı kənd təsərrüfatına, istehsal prosseslərinə malik ölkə-axsaq bir dilənçinin ianəyə möhtac olduğu duruma düşdü?

Böyük neft layihələri ilk günlərdə iqtisadiyyatı axsaq vəziyyətə düşmüş Azərbaycana bir tərəfdən sabitlik gətirsə belə, ölkənin iqtisadi konsepsiyasının hazırlanmasında naşı və savadsız kadrların olması, məhz gəlir mənbəylərinin ihisarı, mənbələrdəki oğurluq və qarətçilik prinsipləri, ölkəni uçuruma aparmaya bilməzdi. Siyasi institutların olmaması, siyasi kadrların ambissiyalılığı, vəziyyəti tam olaraq qiymətləndirə bilməımələri-bu gün yaşadığımız reallığın başlanğıc nöqtəsidir. Məhz siyasi kursun neftə bağlılığı-ən böyük səhvdir. Cünki, əsrlərdən bu yana, enerji daşıyıcıları dünyanın müharibələrinin, dünya savaşlarının və siyasi müharibələrin mənbəyi olduğundan-bu sahənin nə vaxtsa "şantaj və təzyiq " vasitəsi olacağını Azərbaycan reallığında görmək lazım idi. Bütün bu cür ağır faktorların qarşılanma mexanizmi də, daxildə Kənd Təsərrüfatının, qeyri neft sektorunun, istehsal prosseslərinin artırılması və ölkə iqtisadiyyatını coxşaxəli edilməsi vacib idi. Lakin neftdən gələn milyardlarla dövlətlənən ölkə oliqarxları, sonda daha asan və daha cinayətkar yolla getməyi üstün tutdular. Birinci növbədə kəndliyə torpağı verdilər ki, bu da ən səhf addım idi. Bu kəndlinin parakəndə fəaliyyətinə, iflaşmasına, kəndlərin boşalmasına, əhalinin kənddən qaçmasına yol açdı. Səhv addım kəndlini o duruma gətirdi ki, tənhalaşmış torpaq adamı, özünün əkin sahəsinə investisiya qoya bilmədi, əkin materialı, gübrə, texnika əldə edə bilmədi. Əkilən torpaqlar parakəndə məhsullarla əkildi və tələbatı ödəmədi. Söydüyümüz Sovetlər birliyinin Kənd Təsərrüfatı konsepsiyasında "planlı əkin" faktorları vardı. Yəni bu faktor-kəndlilərin daha cox qazanc götürə biləcəkləri sahələri təyin edərək-kəndliyə daha çox nəyin əkilməsi haqqında məsləhət verirdi. Bütün bunlar "kollektiv təsərrüfat" yəni Kolxoz və sovxoz kimi birləşmiş təsərrüfatlarda mümkün olurdu. Bu zaman kəndli bir olaraq dövlətdən qaynaqlanan əkin materialı, gübrə və texnika aldığı ücün, torpaqlarda bol məhsul yetişdirə bilir və həmən dövlət tədarük məntəqələrinə təhvil verə bilirdi. İndi isə biz bunun Azərbaycan variantına baxaq. İstifadə ücün kəndliyə verilmiş torpaqlarda hər zaman kəndli maliyyə problemi ilə üzləşir. Bu bir cox faktorlardan irəli gəlir. Bu suvarma məsələləri, ziyanvericilərlə mübarizə, toxumluq əkin materialı, torpağın kultivasiyası üçün texnika problemləri, hazır məhsulun daşınması, satış və saxlanma xərcləri ilə bağlıdır. Dövlət kəndlisini yetərincə qorumadığı üçün, kəndli hər addımda bürokratiya, inhisarçı, rüşvətxor məmur toruna düşür və onun maliyyə imkanları azaldığı üçün, yenidən əkin apara bilmir. Bu da kəndin, əkinçinin şəhərə dolanışıq dalınca getməsinə, torpaqların əkinsiz qalmasına və əkinçiliyin rentabelliksiz sahəyə çevrilməsinə gətirib cıxarır. Məhz əkinçinin köməksiz olması, onun kollüktivçiliyə meyilli olmaması, təşkilatsızlıq-torpaqlarda plansız olaraq müxtəlif əkinçilik-kənd təsərrüfatını Azərbaycanda iflic hala gətirib çıxartdı. Buna məsul şəxslər isə müxtəlif şirkətlər açaraq, güya kənd təsərrüfatı şirkətləri inşa etdilər. Əslində isə bu şirkətlər, zəhmət tələb edən əkindən qacaraq, yüngül yol olan, xaricdən ucuz kənd təsərrüfatı məhsulları gətirib, daxildə yalnız onların qablaşdırılması ilə məşğul oldular. İqlimimizin subtropik zonası olan Lənkəran bölgəsində bir zamanlar, çəltikcilik, çayçılıq, subtropik meyvəçilik zonası olsa belə-bu cür məhsulların geninin dəyişmişi və insan istifadəsi üçün yararsız nümunələrinin ölkəyə gətirilməsi geniş vüsət almaqdadır. Sonda zonanın demək olar ki əhalisinin 30-40 faizi böyük şəhərlərə iş axtarmağa yollanaraq, bu zonanın təsərrüfatcılığını iflic etdilər. Qazax-Tovuz zonasının kartofçuluq zonası olması fonunda, ölkəyə texniki kartofun gətirilib, əhaliyə qida məhsulu kimi satılması da artıq var. Cəlilabad, Gədəbəy, Tovuz, Qazax zonasında yüksək məhsuldarlıqla bitən kartof məhsulunun artıq iflası göz önündədir. Taxılçılıq rayonları artıq istehsal etdikləri taxılın keyfiyyətinə nəzarət edə bilmədiklərindən, daxildə istehsal olunan taxıl, əsasən keyfiyyətsiz və aşağı sortlu olur.

Tənəzzül özünü Bakı və Bakıətrafı kəndlərdə də göstərməkdədir. Bostan məhsulları və tərəvəz əkinçiləri bu sahənin də bahalaşması, alıcılıq qabiliyyətinin düşməsi və məhsulun maya dəyərinin qazancı üstələməsi problemindən bu sahəni də son dərəcə rentabelsiz edib.

Xaçmaz zonasında Sovetlər vaxtı əkilən və tonlarla məhsul götürülən pomidor və xiyar məhsulunun əkini də son zamanlarda azalan templə gedir. Ölkənin Kənd təsərrüfatına cavabdehlər isə bu barədə hec bir tədbir görmək istəmir. Sonda "istehsalçı" adı altında işləyən şirkətlər, bu cür təbii məhsullar əvəzinə, ölkəyə "konservant" gətirib, təbii, yerli məhsul adı altında qablaşdırmaqla, həm sağlamlığa həm də dövlətə ziyan vurmaqda davamlıdırlar.
Bu cür ölkəni idarə etməklə, sonda ölkənin "defolt" yəni "iflas" elan edilməsi qaçılmaz olacaq.

Abuzər Əbilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO