İşğal edilmiş torpaqlarımızda 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib

İşğal edilmiş torpaqlarımızda 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib

Hazırda oxunan: İşğal edilmiş torpaqlarımızda 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib
1156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.

Təhsil Nazirliyindən Bizm.Media-ya verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib. İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb.

2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi, işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.

 

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO