Azərenerjidə kütləvi ixtisarlar start götürüb.
Moderator.az -a xəbər verən mənbənin sözlərinə görə, son iki gündə 100 dən çox şəxs vəzifəsindən kənarlaşdırıb. Səbail rayonunda çalışan və adının açıqlanmasını istəməyən əməkdaş bildirib ki, ona bayramdan sonra işə çağrılacağını deyiblərmiş. Amma bu gün bildirilib ki, rezervə göndərilib. Bu isə qeyri rəsmi işdən azad olunma deməkdir. Şəxsin bildirdiyinə görə, o, dekabr ayı üçün nəzərdə tutmuş maaşı da hələ ki, ala bilməyib. Onunla yanaşı 100-ə yaxın şəxs də işindən azad olunub onların əmək haqqı da hələ ki, ödənilməyib.



































































































