Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO

Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO

Hazırda oxunan: Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO
111854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi “İlin yekunları”na dair tədbir keçirib.

Bizim.Media xəbər verir ki, tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb. 

İlin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. “Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə edən Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin məşqçisi Aleksandr Tarakanovla yanaşı, bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb. 

Onun mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Siyana Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.
Qeyd edək ki, nazir müavininin qızının ən yaxşı məşqçilər siyasında yer alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 7

Vasilevanın 26 yaşı var. Siyana 2 il öncə keçirilən yarışlarda aldığı zədədən sonra idmançı karyerasını başa vurub. Bundan sonra isə o, məşqçiliyə başlayıb. Qrup hərəkətləri üzrə milli komandanın məşqçisi  olub və hazırda da bu fəaliyyətinə davam edir.

Onun rəhbərliyi altında komanda Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Həmçinin, komanda İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb.

Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 1
Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 2
Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 3
Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 4
Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 5
Nazir müavininin qızı “ilin ən yaxşısı” seçildi – FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO