Deputat Rasim Musabəyov Zuğulbadakı “İkinci hökumət bağ evləri”x9d ərazisindəki mənzildə qanunsuz olaraq yaşayır.
Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.
Hökumətə məxsus bağ evləri ərazisində şəxsi mənzilə sahib olmaq həmişə böyük üstünlük və nüfuz göstəricisi sayılıb. Çünki buradakı mənzillər pulla satılmır.
Hökumət bağ evləri haqda tələblərə görə, bu mənzillər yalnız məhdud sayda adamlara, konkret olaraq Milli Məclis komitələrinin sədrlərinə, Milli Məclis Aparatı işçilərinə, Prezident Administrasiyasının işçilərinə verilir.
Məlum olduğu kimi, Rasim Musabəyov bu vəzifələrin heç birini daşımır. Bu halda tam məntiqi sual yaranır: şəxsi bağ evi deputat Musabəyova hansı xidmətlərinə (və kimin qarşısındakı xidmətlərinə) görə verilib?
Yeri gəlmişkən, R.Musabəyov Zuğulbada mötəbər şəxslərin qonşuluğunda yaşayan yeganə adam da deyil. Virtualaz.org saytının xəbər verdiyi kimi, keçmiş deputat Ceyhun Osmanlı da hökumət bağ evlərində mənzil sahibidir. Hələ də...







































































































