“Jurnalistlərin binası”x9dndakı mənzillərə “kupça”x9d niyə verilmədi?

“Jurnalistlərin binası”x9dndakı mənzillərə “kupça”x9d niyə verilmədi?

Hazırda oxunan: “Jurnalistlərin binası”x9dndakı mənzillərə “kupça”x9d niyə verilmədi?

109589
Ötən həftə, daha dəqiq desək noyabr ayının 24-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirmişdi ki, gələn həftədən "Jurnalistlər binası"ndakı mənzillərə çıxarışların verilməsinə başlanacaq. Bu barədə "Müvafiq sənədlər hazırlanacaq və "Kütləvi çıxarış" kampaniyası çərçivəsində çıxarışlar veriləcək.


“Jurnalistlərin binası”x9dnda yaşayanlar da bu barədə xəbərdar olduqlarını təsdiq etdilər. Bildirilər ki, bununla bağlı onlara bütün komunal xərcləri ödəmək barədə tapşırıq verilib. Həmçinin vurğulanıb ki, mənzillərinin çıxarışlarının verilməsi ASAN səyyar xidməti tərəfindən həyata keçiriləcək. Ancaq həftənin sonuna az qalsa da “Jurnalistlərin binası”x9dnda yaşayan jurnalistlərə hələ də mənzillərinin sənədləri verilməyib.


Moderator.az məsələyə aydınlıq gətirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov yaxın vaxtlarda çıxarışların veriləcəyini bildirib: “Bu bir qədər vaxt aparan prosesdir. Biz o binada olmuşuq, ölçüb-biçmişik. Hazırda, sənədlərin hazırlanması prosesi gedir. Həmkarlarımız narahat olmasın. Yaxın vaxtlarda orada çıxarışların verilməsinə start veriləcək”x9d. Q.Xəlilov onu da qeyd edib ki, çıxarışlar ASAN xidmət tərəfindən yox, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən veriləcək.


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO