Bakıda kibertəhlükəsizliyə dair seminar keçirilib - FOTO/VİDEO 

Bakıda kibertəhlükəsizliyə dair seminar keçirilib - FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda kibertəhlükəsizliyə dair seminar keçirilib - FOTO/VİDEO 

109470

Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə 13 – 14 dekabr 2022-ci il tarixlərində “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı 2 günlük seminar keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət və özəl qurumlardan, habelə müxtəlif universitetlərdən olan 100-ə yaxın nümayəndə iştirak edib.

Açılış nitqində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov iştirakçıları salamlamış, ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinin və bu tədbirin əhəmiyyətini vurğulayıb. 

Avropa Komissiyasının TAIEX alətinin dəstəyilə həyata keçirilən bu tədbirin əsas məqsədi təcrübə mübadiləsi yolu ilə Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən İKT sahəsində ekosistemin, eləcə də qanunvericilik bazasının gücləndirilməsinə töhfənin verilməsidir. 
Seminar çərçivəsində Avropa Komissiyasının müvafiq ekspertləri tərəfindən “Kibertəhlükəsizlik və dayanıqlıq: kritik infrastrukturun  təhlükəsizliyinin gücləndirilməsi”, “Kibertəhlükəsizlik sahəsində idarəetmə”, “Kibertəhlükəsizlik sahəsində qanunvericiliyinə dair təcrübə mübadiləsi”, “Kiber potensialın gücləndirilməsi” və sair mövzular üzrə məruzələr dinlənilmiş və müzakirələr aparılıb. 

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) 2022-ci ildə təsis edilmiş və özündə ölkənin informasiya texnologiyaları  və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir. AKTA ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO