“Bilirik ki, Nardaranda silah var”x9d  - Vilayət Eyvazov

“Bilirik ki, Nardaranda silah var”x9d - Vilayət Eyvazov

Hazırda oxunan: “Bilirik ki, Nardaranda silah var”x9d - Vilayət Eyvazov

109256
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaranda qəsəbə əhalisi arasında silah olduğu ehtimal edilən şəxslərə müraciət edib.

Moderator.az xa0xəbər verir ki, V.Eyvazov konkret siyahı əsasında bir qrup şəxsdən silahları dövlətə qaytarmağı tələb edib:

“Bilirik ki, silah var. Həmin silahları dövlətə təhvil verin”x9d.

Xatırladaq ki, nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.

Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO