Azərbaycanda İran vətəndaşları saxlanıldı – ƏMƏLİYYAT VİDEOSU 

Azərbaycanda İran vətəndaşları saxlanıldı – ƏMƏLİYYAT VİDEOSU 

Hazırda oxunan: Azərbaycanda İran vətəndaşları saxlanıldı – ƏMƏLİYYAT VİDEOSU 
108950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran vətəndaşları Azərbaycanda narkotiklə saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Bizim.Media
 



Azərbaycanda İran vətəndaşları saxlanıldı – ƏMƏLİYYAT VİDEOSU  - foto 1
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO