
- A-
- A
- A+
Cəmiyyət
20:42 / 07.12.2022
1 dəq oxunma
Bakı-Sumqayıt qatarında LƏNGİMƏ - Vaqon qapısı açıq halda hərəkət etməli oldu
Hazırda oxunan: Bakı-Sumqayıt qatarında LƏNGİMƏ - Vaqon qapısı açıq halda hərəkət etməli oldu
108413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün saat 17:50-də Bakıdan Sumqayıta yola düşən sürət qatarı Sabunçu stansiyasında 15 dəqiqə ləngiməli olub.
Bizim.Media xəbər verir ki, ləngiməyə səbəb, qatarın ikinci vaqonunda qapıların bağlanmaması olub.
Qatar heyəti nə qədər cəhd etsə də vaqonun qapısını işlək vəziyyətə gətirə bilməyib. Nəticədə, Sabunçu dayanacağından Sumqayıta qədər qatar ikinci vaqonunun qapısı açıq şəkildə hərəkət edib.
Vaqonun açıq qapısının qarşısı qatardakı polislər tərəfindən mühafizə edilib. Nəticədə, Sumqayıt-Pirşağı-Bakı qatarının hərəkət cədvəlində də ləngimə olub.
Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































