Azərbaycanda terrorçuluğa qarşı yeni qaydalar müəyyənləşir

Azərbaycanda terrorçuluğa qarşı yeni qaydalar müəyyənləşir

Hazırda oxunan: Azərbaycanda terrorçuluğa qarşı yeni qaydalar müəyyənləşir
108296
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda terrorçuluğun, bunun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyaları tətbiqinin hüquqi əsasları və qaydası müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Layihədə qeyd olunub ki, sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar - terrorçuluğa va terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına va yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır.

Hədəfli maliyyə sanksiyaları tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumlanın aktivlərinin dondurulması tədbirləridir.
Kütləvi qırğın silahlarının yayılmasının malliyyələşdirilməsi - nüvə, kimyəvi, bakterioloji (bioloji) va toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif manzilli ballistik va qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materiallann (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, əldə edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO