“Qisas” əməliyyatı zamanı Ermənistandan Azərbaycana kiberhücumların SAYI AÇIQLANDI 

“Qisas” əməliyyatı zamanı Ermənistandan Azərbaycana kiberhücumların SAYI AÇIQLANDI 

Hazırda oxunan: “Qisas” əməliyyatı zamanı Ermənistandan Azərbaycana kiberhücumların SAYI AÇIQLANDI 
105924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusu tərəfindən bu ilin avqust ayında keçirilən “Qisas” antiterror əməliyyatı zamanı Ermənistan tərəfindən Azərbaycana DDoS hücumlar olub.

Bizim.Media Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda bildirilib.

“Ən böyük həcmli DDoS hücumu “Qisas” antiterror əməliyyatları zamanı düşmən ölkə tərəfindən həyata keçirilmiş DDoS hücumlar olub.

Belə ki, həmin DDoS hücumların həcmi 40 Gbps - 137 Gbps qədər artmış sorğu sayı isə saniyədə 19,000,000 pps həddinə çatıb. 8 gün davam edən DDoS kiberhücumları ümumilikdə 78 informasiya resursunu (15-i dövlət) hədəf alsa da, “AzStateNet” istifadəçiləri olan 11 dövlət informasiya resursunun fasiləsiz fəaliyyət göstərməsi tərəfimizdən təmin edilib”, - deyə hesabatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO