Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq”x9d qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.
APA-nın məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.
AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.
Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.



































































































