Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi

Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi

Hazırda oxunan: Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi
103730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və könüllülərin iştirakı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.

Bizim.Media IDEA-ya istinadən xəbər verir ki, “Sahillər təmiz qalsın” şüarı altında keçirilən aksiya Bakının Bilgəh çimərliyi ərazisində təşkil edilib.

İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda səylərə cəlb etməkdir.
Qeyd edilməlidir ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsi və bərpa edilməsinə yönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi hamını bir daha Planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

Bizim.Media

Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 1
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 2
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 3
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 4
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 5
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi - foto 6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO