Azərbaycanın şimal rayonlarına qar yağdı - FOTO/VİDEO

Azərbaycanın şimal rayonlarına qar yağdı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın şimal rayonlarına qar yağdı - FOTO/VİDEO
103048
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət əvvəl Quba və Qusar rayonlarının dağlarına yağan qar indi də dağlıq kəndlərdə müşahidə edilib. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə təxminən 10 dərəcə aşağı düşüb.

Bizim.Media-nın  Quba ərazi hidrometerologiya müəsssisəsindən əldə etdiyi məlumata görə, bu gün səhər Qubanın Qrız kəndində qarın hündürlüyü 11 sm təşkil edib.

Bu kənddə ən soyuq hava qeydə alınıb, burada 5-6 dərəcə şaxta müşahidə edilib.

Qubanın Dalıqaya kənd sakini Şahin İsmixanovun Bizim.Media-ya verdiyi məlumata görə, kəndə 10 sm qar yağıb.

Rayonun Xınalıq, Bostankeş, Xaltan, Qusarın Ləzə, Urva, Kuzun kəndlərinə, Şahdağ turizm mərkəzinə də qar yağıb.

Hazırda qarın yağması  bəzi ərazilərdə davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

 



Azərbaycanın şimal rayonlarına qar yağdı - FOTO/VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO