“Torpağımı zəbt edib dedilər ki, Eldar Mahmudova villa tikirlər”x9d   - VİDEO

“Torpağımı zəbt edib dedilər ki, Eldar Mahmudova villa tikirlər”x9d - VİDEO

Hazırda oxunan: “Torpağımı zəbt edib dedilər ki, Eldar Mahmudova villa tikirlər”x9d - VİDEO

102259
Sarı Məmmədov zəbt olunmuş torpağında Eldar Mahmudova villa tikildiyini açıqladı

Xəbər verdiyimiz kimi, “MTN işi”x9d üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır.xa0

Redaksiyamıza daxil olan məlumata görə, artıq həmin şəxslərdən bir neçəsinin ifadəsi alınıb. Baş Prokurorluqda dindirilənlərdən biri də Sarı Məmmədovdur. Onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 sot torpağı zəbt edilib.xa0

S.Məmmədov musavat.com-a deyib ki, onun özəl torpağı MTN-nin Sabunçu Rayon Şöbəsinin rəisi Faiq Nuriyev tərəfindən zəbt olunub. Torpağını tələb edəndə isə ona deyiblər ki, zəbt olunmuş torpağında nazir Eldar Mahmudova villa tikilir, əbəs yerə başını ağrıtmasın.xa0

S.Məmmədov torpağın boşadılmasını israr edəndə isə üzünə 2 şəxsi durduracaqlarını, maşınına silah, narkotik atacaqlarını və ya qadınla şantaj edəcəklərini deyiblər.xa0

S.Məmmədovun videomüsahibəsini təqdim edirik. “Yeni Müsavat”x9dda onun başına gələnlərlə bağlı geniş yazı ilə də tanış ola biləcəksiniz.

Qeyd edək ki, MTN-çilərin şantajı ilə üzləşənlərdən biri də iş adamı Maqsud Mahmudov olub. O, musavat.com-a videomüsahibəsində bildirib ki, artıq vəkili sənədləri hazırlayaraq istintaqa təqdim edib.xa0

Onun özü də Baş Prokurorluqda dindirlib. M.Mahmudov da S.Məmmədovun üzləşdiyi hədələrlə qarşı-qarşıya qalıb. 2 ay əvvəl MTN-nin Antiterror Mərkəzinə dəvət olunan iş adamına “istəsək, səndən bin Laden, narkobaron da düzəldə bilərik”x9d deyiblər.xa0

Qarşısına Bakıda olan obyektinin, restoranının, maşınlarının, övladının təhsil aldığı məktəbin və ona aid olan digər məlumatları qoymaqla, konkret rəqəm səsləndiriblər: 250 min manat...xa0

Sahibkar deyib ki, orada həmin məbləği ödəməsə, barəsində cinayət işi başlanılacağını bildiriblər. Məcburiyyət qarşısında qaldığından tələb olunan məbləği ödəmək üçün obyektini yarı qiymətə satıb: “Obyektimə görə beh kimi aldığım 120 min manatı verdim, məni azad etdilər. 130 min manatı isə sonrakı ay ərzində obyekti satdığım şəxsdən hissə-hissə alaraq verib canımı qurtardım”x9d.

Sahibkar “həmin dövrdə niyə şikayət etmirdiz”x9d sualına “nəslimi kəsərdilər”x9d cavabını verib./musavat.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO