Naxçıvanın Ermənistanla sərhəd yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib - FOTO

Naxçıvanın Ermənistanla sərhəd yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib - FOTO

Hazırda oxunan: Naxçıvanın Ermənistanla sərhəd yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib - FOTO

100383

Naxçıvanın Ermənistan silahlı birləşmələri ilə təmas xəttində yerləşən strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. 

Məlumat verilib ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilib, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunub, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülüb.  
Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunub, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilib və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilib. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılıb.

Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. 

Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılıb. 
Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulub. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir.

Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır. 

Qeyd olunub ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub.  

Sonra Ali Məclisin Sədri Buzqov bölgəsində yerləşən mövqelərdə də olub, əsgər və zabitlərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib. 
Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO