
- A-
- A
- A+
Siyəzəndə mikroavtobusun aşmasının detalları AÇIQLANDI – ÖZƏL
Siyəzənin Zarat kəndi ərazisində baş verən qəza "PAZ" markalı mikroavtobusun kənd yolundan yeni salınan yola keçərkən mühərriki sönüb, nəticədə minik vasitəsi aşıb.
Bizim.Media-nın Siyəzən rayon polis şöbəsindən əldə etdiyi məlumata görə, mikrobusun sürücüsü, 61 yaşlı Xızı rayonunun Giləzi qəsəbə sakini Saleh Bəxşi oğlu Baxşıyev hadisə zamanı xəsarət almayıb.
Hadisə ilə bağlı polis şöbəsində araşdırma başlanılıb.
Siyəzən Müalicə-Diaqnostika mərkəzindən Bizim.Media-ya verilən informasiyaya görə, xəsarət alanlardan 8 nəfəri artıq evə buraxılıb.
Bunlar Zarat kənd sakinləri - 44 yaşlı Gülnarə Hüseynova, 46 yaşlı Şəhla Nizamova, 52 yaşlı Pəri Mirzəyeva, 35 yaşlı Səbinə Babayeva, 44 yaşlı Səhər Bəylərova, 42 yaşlı Mələk Həsənova, 35 yaşlı Gülnaz Zərbəliyeva, 37 yaşlı Nərmin İsmayılovadır.
İki yaralı - 51 yaşlı Xeyrənsə Məmmədova və 34 yaşlı Elnurə Cəfərovanın isə xəsarətləri ağır olduğundan mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































