Ara-sıra hansısa qurumların, təşkilatların, media nümayəndələrinin apardığı statistik göstəricilər, araşdırmalar, sorğular tədqim olunur. Elə biz də vaxtımız olanda, məqam düşəndə, başımız aynıyanda belə araşdırmalar, statistik göstəricilər üzərində baş sındırmağa zaman ayırırıq. Ancaq bəzən elə məqamlar olur ki, hansısa bir məlumat gəlib dayanır adamın düz gözünün qarşısında. Kirpi tikanı kimi beynini elə hey eşir, rahatlıq vermir, deyir ki, əşşi, aç o “Google”x9dnin, “Vikipediya”x9dnın sandığını, tök pambığı...xa0
Nə isə... Keçək əsas mətləbə. Neçə gündür ki, ölkənin demək olar ki, içi biz qarışıq bir çox saytlarında sevimli nazirimiz Artur Rəsizadə ilə bağlı məlumatlar yayılır. Guya bizim nazirimiz nazir postunda əyləşmək üçün daha doğrusu, ölkənin baş naziri olaraq çox yaşlıdır. Bəzi kəslər deyirlər ki, 81 yaşlı baş nazirlə Azərbaycan iqtisadiyyatında islahat aparmaq olmaz. Düzdür, nazirimizin yaş məsələsinin ortalığa atılması, gündəmi zəbt etməsi ilk dəfə deyil. Dəfələrlə olub ki, əlinə qələm, daha doğrusu klavyatura keçən hər kəs işi-gücü yoxmuş kimi, bizim nazirimizin yaşını götür-qoy edib. Daha doğrusu oxucu toplamaq üçün xəbərin başlığına nazirmizin adını çıxarıblar.xa0
Daha bir nə isə... İndi bizim də deməyimiz odur ki, ay balam, nə işiniz var axı bu kişiylə, daha dorğusu cənab nazirimizlə? Kiminizin toyuğuna kiş deyib, kiminizin bostanına daş atıb axı?! Bircə dəfə də olsun belə səsini-sorağını eşitmisinizmi? Bircə yol olsun belə hansısa odlu-alovlu çıxışıyla içinizə vəlvələ salıbmı? Bircə qırnıq olsa belə apardığı dəyişikliklərlə canınızı incidibmi? Bircə səfər olsun belə sizi “haydı, yola çıxın, cənab nazir gəlir" deyə küçələrdə farağat dayandırıblarmı? Əlbəttə ki, yox. Bəs yaxşı nə istəyirsiniz, nə veribsiniz ki, indi də ala bilmirsiniz bu ahıl insandan? Rəhmətlik Əbülfəz Elçibəyin məhşur bir sözü vardı, deyirdi ki, “tapmışdınız bir fağır prezident, sağdan da döşəyirdiniz, soldan da döşəyirdiniz...”x9d. İndi siz də bir fağır nazir tapmısınız, mövzu tapmayanda gedib nazirin yaşına ilişirsiniz.xa0
Daha daha bir nə isə... Biz axı qədirbilən xalqıq, vəzifədə olanlar öz postunu tərk edəndən sonra (düzdür, bizdə belə hal olmayıb, bizdəkilər ya qovulurlar, ya da həbs olunurlar) və ya bu dünya ilə vidalaşandan sonra onun qədrini bilirik. İndi sözümün canı odur ki, biz də cənab nazirimizin qədrini bilməliyik. Balaca adam deyil e, nazirdir, baş nazir. Həm də dünya ölkələri nazirlərinin sırasında yaşına görə ikinci, Mauritius Respublikasının baş naziri saymasaq, birinci sırada dayanır. Hə, düz tapdınız, bayaqdan elə sözü gəvələyib bu mətləbə gətirməyə çalışırdıq. Sadəcə biyolluq mustafasını gətirməyib, bir qədər mıs-mıs etmək istədik sadəcə. Ya da buna yazının həcmini bir qədər böyütməyə çalışmaq deyək.
Bu da sonuncu nə isə... Tənbəllik etməyib kiçik bir araşdırma apararaq dünya ölkələri baş nazirlərinin təvəllüdlərini öyrəndik və ən qocaman nazirlərin ilk üçlüyünü müəyyən etdik. xa0Birinci yerdə Mauritius Respublikasının baş naziri Anerod Juqnauthu durur. O, 1930-cu il mart ayının 29-da anadan olub. Mauritiusun adını ilk dəfə eşidənlərə xatırladım ki, Afrika qitəsində yerləşən bu ada dövlətin paytaxtı Port Louis şəhəridir. Əhalisinin 48.5%-i hinduizm dininə sitayiş edir.
xa0
Siyahımızın ikinci sırası isə Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadəyə məxsusdur. Baş nazirimiz 1935-ci il 26 fevralda anadan olub və gələn ay 81 yaşını tamamlayıb 82-yə keçəcək, inşallah.xa0
Üçüncü yerdə xa0Bəhreyn Respublikasının baş naziri Xəlifə inb Sulman Əl Xəlifədir. Bəhreyn naziri də elə bizim nazirlə həmyaşıddır, sadəcə olaraq 9 ay fərqlə nazirimizdən geri qalır. O, 1935-ci il 24 noyabrda dünyaya gəlib.xa0
Yəqin sizə o da maraqlı olar ki, bəs görəsən ən gənc baş nazir kimdir, hansı ölkədəndir? Millətimizin Türkiyə türkləri demiş “mərak etmə”x9d xüsusiyyətini nəzərə alaraq bunu da öyrəndik. Gürcüstan Respublikasının baş naziri İrakli Qaribaşvili ən gənc baş nazirdir. O, elə bizlərlə həmyaşıddır, yəni, səksənlərin uşağıdı, daha dəqiq desək, 1982-ci ildəndir.xa0
Hə, nəhayət sözümü onunla yekunlaşdırım ki, sakitləşin, kiriyin, kirmişcə durun yerinizdə. Ürəyinizdə yalvarın ki, xa0Mauritiusun baş naziri tez getsin postundan. Ki, burda da rekorda imza ataq, ən qocaman baş nazir bizimki olsun. Axı biz sino gedirik birinci olmaqdan yana...xa0
Rumiyyə Miraslan



































































































