Noyabr ayında mobil operatorlardan mediada hansı “fərqlənib”x9d?

Noyabr ayında mobil operatorlardan mediada hansı “fərqlənib”x9d?

Hazırda oxunan: Noyabr ayında mobil operatorlardan mediada hansı “fərqlənib”x9d?

109492
Noyabr ayında mobil operatorlardan mediada hansı “fərqlənib”x9d?

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.xa0

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya xa0kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.xa0

Şirkət mobil operatorlar ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1825 xəbər yerləşdirilib. Bunlardan 49 xəbər mənfi, 130 xəbər müsbət və 1646 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: AzerCELL (20 xəbər), Nar Mobile (17 xəbər). Müsbət xəbərlərdə isə AzerCELL (76 xəbər) və BakCELL (54 xəbər) fərqlənir. xa0

Xəbər sayına görə sıralama:

1.BakCELL838 xəbər
2.AzerCELL815 xəbər
3.Nar Mobile170 xəbər
4.NaxTel xa0 2 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 199 xəbər dərc edilib. Bu xəbərlərdən 180-i neytral, 18-i müsbət, 1-i isə mənfi xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: AzerCELL (11 xəbər), BakCELL (7 xəbər). Mənfi xəbər isə Nar Mobile-a məxsusdur.xa0

Xəbər sayına görə sıralama:

1.AzerCELL xa0 102 xəbər
2.BakCELL85 xəbər
3.Nar Mobile12 xəbər

Noyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 24 xəbər göstərilib.xa0

Xəbər sayına görə sıralama:xa0

1.AzerCELL19 xəbər
2.BakCELL3 xəbər
3.Nar Mobile2 xəbər


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO