İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüş...