İlham Əliyevdən Maya Sanduya MƏKTUB
Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.
Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdir...