Xocalı və Xocavənddə elektrik şəbəkəsi yenidən qurulur
Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur.
Bu barədə Bizim.Media-ya ASC-dən bildirilib. Qeyd olunub ki, Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik təsərrüfatının yenilənməsi işləri görülür.
Kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılıb.
Həmçinin yaşayış məntəqələrində 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, izo...