Prezidentə gələn təbrik MƏKTUBLARI
Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Qambiya Respublikası Hökuməti və xalqı adından Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Qambiya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə, ortaq dəyərlərə və beynəlxalq əməkdaşlığın, inkişafın təşviqi ilə bağlı birgə səylərə əsaslanan uzunmüddətli dostluq münasibətləri inkişaf etmişdir.
Qəti şəkildə əminəm ki, müdrik rəhbərliyinizlə ölkələ...