Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

Hazırda oxunan: Azərbaycanda aqrar məhsulların ixracı 34% artacaq

618741

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda heyvandarlığın inkişafı, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması əsas hədəflərdən biridir.

Bizim.Media xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsi zamanı deyib.

O bildirib ki, 2030-cu ildə meyvə bağlarının 50 min hektardan 70 min hektara çatdırılması planlaşdırılır. Müşavir kənd təsərrüfatının ölkə üzrə ÜDM-də 5,9% paya malik olduğunu qeyd edib:

"Lakin kənd təsərrüfatı kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir".

B.Əhmədov vurğulayıb ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4% artacağı gözlənilir:

"Bu da əsasən ixrac hesabına təmin ediləcək. Belə ki, qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34% artacağı proqnozlaşdırılır".

Onun sözlərinə görə, ən ciddi məsələlərdən biri su ehtiyatları ilə bağlıdır.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO