Melonidən Rusiya ilə danışıqlar üçün gündəm yaradan TƏKLİF

Melonidən Rusiya ilə danışıqlar üçün gündəm yaradan TƏKLİF

Hazırda oxunan: Melonidən Rusiya ilə danışıqlar üçün gündəm yaradan TƏKLİF
618705
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Baş naziri Corca Meloni Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Avropanı təmsil edəcək vahid nümayəndənin müəyyənləşdirilməsinə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə iyunun 11-də "Corriere della Sera" qəzeti məlumat yayıb.

İtaliya Deputatlar Palatasında çıxış edən Baş nazirin fikrincə, Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır, çünki proseslərdən asılı vəziyyətə düşmək yanlış addım olardı:

"Bunun üçün biz danışıqlar masası arxasında Avropanın maraqlarını kimin təmsil edə biləcəyini müəyyən etməliyik".

Meloni qeyd edib ki, Avropanın nöqteyi-nəzərini çatdırmaq üçün "bütün üzv dövlətlərin etimadına və mandatına sahib olan" nüfuzlu bir fiqur seçilməlidir.

Hökumət başçısı Moskva ilə qarşılıqlı əlaqə üsullarına dair ümumi və praqmatik müzakirələrin başladılmasının vacibliyini vurğulayıb:

"Ukrayna və Rusiya arasında hər hansı ciddi sülh nizamlanması ssenarisində müxtəlif şərtlər Avropadan asılıdır, Avropaya aiddir, Avropaya təsir edir və bunlarla bağlı danışıqları məhz Avropa aparmalıdır".

Çıxışının sonunda Corca Meloni müttəfiqlərlə birlikdə çalışaraq sülh üçün şərait yaratmağın mühümlüyünü önə çəkib. O, bu məqsədə çatmağın asan olmadığını, lakin bunun üçün Avropa ilə ABŞ arasında birliyin qorunmasının və koordinasiyanın gücləndirilməsinin zəruri olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO