Qusarın Laza kəndindəki torpaq sürüşməsinin TƏFƏRRÜATI – ÖZƏL/VİDEO

Qusarın Laza kəndindəki torpaq sürüşməsinin TƏFƏRRÜATI – ÖZƏL/VİDEO

Hazırda oxunan: Qusarın Laza kəndindəki torpaq sürüşməsinin TƏFƏRRÜATI – ÖZƏL/VİDEO

618758

Məlum olduğu kimi, bu gün Qusarın dağlıq Laza kəndində yerli vaxtla 14:38-də torpaq sürüşməsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Lazada sürüşmə oldu


Bizim.Media-nın Şimal bürosu Laza kəndində sürüşmənin təfərrüatları ilə maraqlanıb.

Yerli sakinlərdən əldə olunan məlumata görə, sürüşmə kənddən 5 km aralıda, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən Qızılqaya dağ massivi və Heydər Əliyev zirvəsinin yanından başlayıb. Sürüşən məsafənin həcmi açıqlanmır.

Bildirilib ki, son günlər müşahidə olunan güclü və intensiv yağıntılardan sonra dağ süxurlarından başlayan sürüşmə Qusarçaya doğru axıb. Laza kəndi və evlər üçün hər hansı  təhlükə olmadığı deyilir.
 

Qeyd edək ki, Laza  kəndi Qusarda sürüşməyə, palçıq püskürmələrinə meylli yaşayış məntəqələrindən biridir. 1993-cü ildə bu kənddə palçıq vulkanı püskürmüşdü. 2025-ci  il sentyabr ayının 22-də isə güclü yağıntılar nəticəsində Qızılqaya dağ massivindən dağ süxurları suya qarışaraq kəndə doğru axmışdı.


Yerli icra hamimiyyətinin gördüyü qabaqlayıcı tədbirlərlə palçıq layının qarşısı alınmışdı. Bu gün isə sürətlə əriyən qar sularından  və intensiv yağışlardan sonra sürüşmə baş verib.



Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO