Biləsuvarın adında gizlənən minillik sirr– Mənası sizi təəccübləndirəcək... – TOPONİMLƏR

Biləsuvarın adında gizlənən minillik sirr– Mənası sizi təəccübləndirəcək... – TOPONİMLƏR

Hazırda oxunan: Biləsuvarın adında gizlənən minillik sirr– Mənası sizi təəccübləndirəcək... – TOPONİMLƏR

618738

Şəhər, kənd adlarının kökü, necə yaranması çox vaxt təkcə dil məsələsi deyil, həm də tarix, mədəniyyət və yaddaşdır. Bu maraq xüsusilə qədim toponimlərə, yəni yer adlarına gələndə daha da güclənir, çünki hər adın arxasında ya bir insanın izi, ya bir tayfanın köçü, ya da uzun zaman içində dəyişmiş bir dil forması dayanır.

İlk olaraq Azərbaycanın cənub-şərqində yerləşən Biləsuvar rayonunun adının mənşəyinə baxaq:

SSRİ dövründə Puşkin adlanan rayon 1991-ci ildən yenidən Biləsuvar adlandırılıb.

Yenidən deməkdə məqsəd, rayonun Qırmızı Ordu işğalına qədər də Biləsuvar adlanmasına diqqət çəkməkdir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar tərəfindən saldırılıb və şəhər də öz adını ondan alıb. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan şəhər 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünüb. 1938-ci ildə isə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılıb.

İran tarixçisindən fərqli olaraq bizim tarixçilərimiz və dilçilərimiz müxtəlif versiyalar irəli sürüblər.

Dilçilər özlərini çətinə salmadan bir hərf dəyişməklə adı hecalara bölüblər: “belə suvar”, yaxud “belə su var” deməklə ərazidə su olduğuna diqqət çəkiblər. Amma rayonun adı sadə versiyadan uzaq ola bilər. Çünki Aran ərazidə yerləşən rayonun su problemi onun bol su mənbələrindən uzaq olduğunu göstərir.

Daha bir versiya mövcuddur: qədim farsca “pil” güclü, cəsur “süvari” isə atlı deməkdir. Amma tarixçilərin böyük hissəsi bunu xalq etimologiyası hesab edir və daha çox Büveyhi əmirinin adında dayanırlar. Ümumiləşdirəndə isə Abbasilər sülaləsinin zəifləməsindən sonra İran və İraqda güclənən Büveyhilərin əmirinin elə doğrudan da ordunun başında gedən bir qəhrəman olduğunu əsas götürsək, xalq etimologiyasını da haqlı çıxarmış oluruq.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO