İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTO

İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTO

Hazırda oxunan: İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTO

618751

Minifutbol üzrə Avropa çempionatından növbəti dəfə qələbə ilə qayıdan milli komandamızın üzvləri sponsorları “Abşeron” Ticarət Mərkəzinin qonağı olub.

Bizim.Media xəbər verir ki, ikiqat qitə çempionlarını “Abşeron” Ticarət Mərkəzinin direktoru Araz Rəhimov səhər yeməyində qarşılayıb. Ticarət Mərkəzinin direktoru komandanı qələbə münasibətilə təbrik edib və yeni-yeni uğurlar arzulayıb.
 

Sonra qaliblər üçün azarkeşlərlə görüş keçirilib. Tədbirdə futbolçular xüsusi hazırlanmış milli komanda formalarını imzalayıblar. Futbol fanatları çempionlardan imzalı forma almaq, xatirə şəkilləri çəkdirmək, onlarla söhbət etmək imkanı əldə ediblər.


Qeyd edək ki, “Abşeron” Ticarət Mərkəzi minifutbol üzrə Azərbaycan milli komandasının sponsorlarından biridir və ölkəmizə böyük qürur yaşadan idmançılarımıza dəstəyini davam etdirir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO