2026-cı il dünya çempionatında iştirak etmək üçün Nyu-Cersiyə yollanan Braziliya millisinin futbolçuları, məşqçilər heyəti və rəhbərliyi hava limanına eniş edərkən ciddi baxış prosedurundan keçiblər.
Bizim.Media "O Globo" nəşrinə istinadən xəbər verir ki, yoxlanış prosesi zamanı nümayəndə heyətinin şəxsi əşyaları və ayaqqabıları yoxlanılıb, həmçinin metal detektorlardan istifadə olunub.
Hava limanının daxilində analoji yoxlanışdan qaçmaq və vaxta qənaət etmək məqsədilə bu prosedur birbaşa uçuş zolağında həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl Özbəkistan nümayəndə heyəti də eyni sərtlikdə yoxlanışa məruz qalmışdı.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Qrup mərhələsi çərçivəsində Braziliya yığması Mərakeş, Haiti və Şotlandiya komandaları ilə gücünü sınayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:50 / 11.06.2026
DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı
Hazırda oxunan: DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı
Hazırda oxunan: DÇ-2026: Braziliya millisi ayaqqabılarına qədər yoxlanıldı
618725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































