Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobus 75 yaşlı qadının üzərindən keçib. Hadisə ötən gün saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, mərhumun nəvəsinin sözlərinə görə, hadisə nənəsi onlara gələrkən baş verib:
"Rəhmətə gedən şəxs mənim nənəm idi. Avtobusdan düşüb normal qaydada yolun sağ tərəfi ilə hərəkət edirdi. Digər avtobus isə arxadan, insanların keçdiyi tərəfdən, səkinin üzəri ilə hərəkət edərək nənəmi çox ağır şəkildə vurdu. Nənəm avtobusun altında qaldı.
Bu cür hərəkətlərdən şikayətçiyəm. Çünki bizim məhəllədə yol hərəkəti qaydalarına əməl olunmur. Te...