Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində - FOTO/VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sentyabrın 11-də Xankəndi tikiş fabrikində olublar.
Bizim.Media xəbər verir ki, diplomatlara müəssisə barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdı...