Prezidentin xüsusi nümayəndəsi: “Xankəndidə 28 min insan yaşayır”

Prezidentin xüsusi nümayəndəsi: “Xankəndidə 28 min insan yaşayır”

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: “Xankəndidə 28 min insan yaşayır”
636035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xankəndi şəhərində artıq 28 min insan yaşayır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfərləri zamanı danışıb.
 

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusun nümayəndələrini məlumatlandıran Elçin Yusubovun sözlərinə görə, Xankəndidən məcburi köçkün düşmüş əhalinin qayıdışı prosesi davam edir.


“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici ümumi əhalinin 10 faizindən çoxunu təşkil edir”, - Elçin Yusubov qeyd edib.

O diqqətə çatdırıb ki, şəhərdə yeni yaşayış binaları və parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır:

“Eyni zamanda, şəhərin simasına və müasir şəhərsalma standartlarına uyğun gəlməyən, yöndəmsiz tikililərin sökülməsi prosesi intensivləşdirilib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir tikililərin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO