Cənubi Koreyada təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Təqaüd proqramına qəbul elan edildi

Cənubi Koreyada təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Təqaüd proqramına qəbul elan edildi

Hazırda oxunan: Cənubi Koreyada təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Təqaüd proqramına qəbul elan edildi

636026

Koreya Respublikasının Azərbaycandakı səfirliyi bakalavr səviyyəsində təhsil üçün 2027-ci il üzrə Qlobal Koreya Təqaüd proqramında (Global Korea Scholarship – GKS) iştirakla bağlı müraciətlərin qəbuluna başladığını elan edib.

Diplomatik nümayəndəlikdən Bizim.Media-ya bildirilib ki, proqramda 25 yaşınadək Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
 

Səfirlikdən qeyd edilib ki, təqaüd universitetdə təhsil haqqının, Koreya dili üzrə hazırlıq proqramının, aviabilet xərclərinin ödənilməsini, eləcə də yaşayış, yerləşmə, tibbi sığorta və proqramda nəzərdə tutulan digər xərcləri qarşılayan aylıq ödənişi nəzərdə tutur.


Azərbaycan vətəndaşları üçün müraciətlərin qəbulu yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə Bakı vaxtı ilə 15 sentyabr 2026-cı il saat 06:00-dan 30 sentyabr 2026-cı il saat 13:00-a qədər həyata keçiriləcək.

Sənədlərin təqdim edilməsinin son tarixi, onların yoxlanılması və müsahibələrin keçirilməsi qrafiki ayrıca olaraq səfirliyin rəsmi saytında dərc ediləcək.

Proqram haqqında ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO