Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı, ölkənin ucqar regionlarında da fəaliyyət göstərən 6500 terminalda kredit ödənişləri, balans və cari hesabların, eləcə də əmanət və Yığım hesablarının artırılması, aliment ödənişləri və bank rüsumlarının ödənilməsi üçün heç bir komissiya tələbi yoxdur.
Beləliklə, müştərilər bank əməliyyatlarını həyata keçirərkən özləri üçün rahat və uyğun olan kanalı seçə bilirlər. Qafqazın tam və inteqrasiya olunmuş ekosistemi olan Bir-in müştərilərə fərqli kanallarda seçim imkanı yaratmaq yanaşması çərçivəsində təqdim olunan bu imkan gündəlik bank əməliyyatlarının müştərilərin ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsinə şərait yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:35 / 11.09.2026
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Hazırda oxunan: 6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Hazırda oxunan: 6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
636010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































